Səyyar `ASAN Xidmət` Saatlıda
15:12 22 Fevral 2016
22 fevral – 3 mart tarixlərində Səyyar ASAN xidmət Saatlı rayonunda sakinlərə səyyar formada xidmət göstərəcək.
“ASAN xidmət”in informasiya təminatı şöbəsindən Femida.az-a verilən xəbərə görə, səyyar şəkildə göstərilən xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
Bura notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi və fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi xidmətləri daxildir.
Femida.az
Oxunub: 903
Oxşar xəbərlər
- Səyyar ASAN Tovuzda
- Səyyar ASAN Neftçala və Pirəkəşküldə
- Səyyar `ASAN xidmət` beş yeni məntəqədə
- Səyyar “ASAN xidmət“də ödənişsiz tibbi müayinə
- Səyyar ASAN yeni məntəqələrdə
- Səyyar `ASAN qatar` Şabran
- Səyyar ASAN xidmət 3 şəhərə gedir
- Səyyar `ASAN xidmət` İsmayıllı və Lerikdə
- Səyyar `ASAN qatar` Balakəndə
- Səyyar ASAN bu bölgələrdə gedir - SİYAHI